İnfluenser Danla Biliç Bakıdakı qalmaqalla bağlı ilk dəfə açıqlama verib.
OLAY yazır ki, bununla bağlı bloger instaqramda məlumat yayıb:
“Azərbaycanı da, insanlarını da həmişə çox sevdim. Buna görə də, makiyaj master-klassında model olmaq üçün qaçaraq getdim. Səhnədə şəxsimə edilən yersiz aşağılamaları və zarafatları sizi çox sevdiyim, master-klassın problemsiz keçməsi üçün altdan aldım. Orada olanlar məni başa düşəcəklər.
Sonrasında mənim adıma həyatımda görmədiyim və tanımadığım insanlara, markalara, sponsorlara paylaşım sözü verildiyini öyrəndim. O da az deyilmiş kimi, azərbaycanlılar üçün “zooparkdakılar” dediyimi iddia etdilər. Ümid edirəm, bir gün bunu sizin üçün həqiqətən kimin dediyini açıqlaya biləcəklər. Digər eşitdiklərim mənə qalsın və təcrübə olsun. İndi susuram. Sizi sevirəm”.
Qeyd edək ki, Danla iş xanımı Könül Həmzəyevanın dəvəti ilə Bakıya Sehrat Şenin master-klassında iştirak etmək üçün gəlmişdi. Serhat ona makiyaj edərkən Danlanın estetikləri ilə bağlı danışmış və bundan sonra tərəflər arasında gərginlik yaranmışdı.
Daha sonra K. Həmzəyeva Danlanın onunla şəkil çəkdirmək istəyənlər üçün “zooparkdır elə bil” dediyini iddia etmişdilər.
Bununla bərabər, K. Həmzəyeva influenserin şərtlərə əməl etmədiyini, sponsorları paylaşmadığını, heç kəslə şəkil çəkdirmədiyini demişdi.