Olay
Olay

Tolik ona dəstək olmayan Xoşqədəmi qınadı

Tolik ona dəstək olmayan Xoşqədəmi qınadı

Prodüser Tarix Əliyev ( Tolik) Əməkdar jurnalist Xoşqədəm Hidayətqızını tənqid edib. 

OLAY yazır ki, Tolik bu barədə aparıcısı olduğu “Tarixin bir günü” verilişində deyib. Prodüser bir müddət əvvəl hərbçilərlə bağlı söylədiyi fikirlərin qalmaqala səbəb olmasından söhbət açıb və ona dəstək olmayan dostlarından danışıb. 

Əliyev X. Hidayətqızından incidiyini vurğulayıb: “Xoşqədəmə görə, ölkədə bəlkə də, beş insanla danışmıram. O, bir status paylaşmağı mənə qıymadı, qorxdu! Amma Xoşqədəmin problemləri olanda hər dəfə sinəmi qabağa verirdim. Nazilə Səfərli ilə danışmamağımın səbəbkarı da odur. Özüm kimi şou-biznesdə ürəklisini görmədim”.