Olay
Olay

Bakıda insanları “zooparkdakılar” adlandırdı

Bakıda insanları “zooparkdakılar” adlandırdı

Bir neçə gün əvvəl Bakıda olan türk influenser Danla Biliçin azərbaycanlı tamaşaçılara qarşı hörmətsizlik etdiyi iddia olunub.

OLAY yazır ki, bununla bağlı influenser Elmira Namazova və Danla ilə bərabər digər ulduz simaları paytaxtımıza dəvət edən iş xanımı Könül Həmzəyeva məlumat yayıb.

Elmira Danlanın adını çəkmədən Serhat Şenin “master-klass”ında onun sayğısızlıq etdiyini yazıb:

“Nəzərdə tutduğum sima Melisa Aslı Pamuk deyil. Digəridir. Adını belə çəkmək istəmirəm. Millətimizə qarşı hörmətsizlik etdi. Onun üçün gələn izləyiciləri görüb “zooparkdır elə bil” dedi. Kənardan səmimi kimi tanıyırdım. Təəssüf ki, heç göründüyü kimi deyil”. 

K. Həmzəyeva isə qeyd edib ki, Danla ödəniş almasına baxmayaraq, şərtləri yerinə yetirməyib:

“Günlərdir, səhhətim yaxşı deyil. Həm pulumdan oldum, həm sağlamlığımdan. “Master-klass” üçün bir çox türk influenser və tanınmışlarla danışıqlar aparırdım, şərtləri öncədən deyirdim. Sponsorları paylaşmaları , öz səhifələrində hazırlayacaqları postlar üçün məlumat vermişdik. Qonaq olan tanınmışlar “master-klass”a qatılanlarla şəkil çəkdirməli idilər. Mənə ən pis təsir edən də budur. Bizim millətin pulunu yeyib səhnəyə çıxan Danla böyük hörmətsizlik etdi. Onunla şəkil çəkdirmək istəyənləri görüb “zooparka bənzəyir” dedi. Pulunu alıb “master klass”dakı heç kəslə şəkil çəkdirmədi. “After party”ə isə sonlara doğru, qonaqların getdiyi zaman, gündəlik geyimdə gəldi. Baxmayaraq ki, ora necə gəlməli olduğunu hər kəsdən yaxşı bilirdi”.

Bununla yanaşı, OLAY-ın məlumatına görə, Danla media qarşısına da çıxmayıb. O, danışmaq istəmədiyini bildirib.

Sözügedən partidən Danlanın özəl görüntülərini təqdim edirik: