“İnşallah, inciməz, amma Türkiyədə eyni səviyyədə tanınırıq”.
OLAY yazır ki, bu sözləri Xalq artisti Röya Ayxan haqda adaşı Röya Məmmədova (Hiss) deyib.
“Warner Music”lə müqavilə imzalayan ifaçı “Popumuz var”da ona Röya Ayxanla bağlı ünvanlanan suala cavab verib.
““İstəmirəm” mahnım olmasaydı, təbii ki, o, daha çox tanınardı. Bütün musiqiçilər daxil hamı Röyanı tanıyır. Mənim üçün Röya Azərbaycanda indiyədək ən çox hit vermiş sənətçidir”, - deyə, Hiss bildirib.