Olay
Olay

Hiss Aslıxanla qalmaqalından danışdı

Hiss Aslıxanla qalmaqalından danışdı

“O mənə bir yol cızdı. Əslində, bu, borc deyil. “Pulunu ver, mahnını al” söhbətidir. Deməyib ki, bu mahnını oxumalısan. “İstəmirəm”in demosunu dinləsəydiniz, deyərdiz, bu, nə mahnıdır? Ona tərz, obraz verən mən olmuşam. Başqası oxusaydı, mahnı bu qədər partlamazdı”.

OLAY yazır ki, bu sözləri aralarında müğənni Hiss qalmaqal yaşadığı reper Aslıxan barədə deyib. Sənətçi bu barədə “Popumuz var” verilişində danışıb:

“Aslıxana özümü borclu hiss etmirəm, amma təşəkkürümü də həmişə bildirmişəm. Çox detallı danışmaq istəmirəm. Mənə elə gəldi ki, mahnımın partlamağından narahat oldu. Çox mənasız eqoları başladı. Dedim ki, “Kəpənəklər” mənim üçün daha “cool” mahnıdır. Dedi ki, sən mənim mahnımı gözardı edirsən. Dedim ki, əsla yox, o mahnı mənə qazanc gətirib. Ən sevdiyim mahnımdır. Münaqişəmiz oradan başladı. Sadəcə davaya səbəb axtarırdı”.