Əməkdar artist Şəhriyar İmanov uşaqlıq arzusunu gerçəkləşdirib.
OLAY yazır ki, tanınmış tarzən bu barədə sosial media hesabında məlumat verib. Sənətçi yazıb ki, ilk dəfə “Qalatasaray”ın oyununu canlı izləyib.
“Bir gün bütün xəyallar gerçək olur. Yeniyetməlikdə, futbola aşiq olduğum zamanlar “Qalatasaray”ın Avropada tüğyan etdiyi vaxtlar idi. Nə zamansa bu komandanın oyununu canlı izləmək arzularımdan biri idi”, - deyə, o, bildirib.