Aktrisa Oksana Rəsulova “Sənətdən kənar” proqramının qonağı olub. O, Əməkdar artist Sənubər İsgəndərlinin aparıcısı olduğu verilişdə həyat yoldaşı Şəhriyar Əbilovdan danışıb.
OLAY yazır ki, sənətçi sözügedən proqramda Şəhriyarla bağlı bunları söyləyib:
“Təbii ki, əvvələr ona dost kimi baxırdım. İndi deməzdim ki, həyat yoldaşı kimi onu qısqanıram, yox. Ümumiyyətlə, biz bir-birimizi qısqanmırıq. Çünki bir-birimizi yaxşı tanıyırıq. Evləndikdən sonra mən ona tamam başqa gözlə, Osmanın atası kimi baxmağa başladım. Bizim bəzi söz-söhbətlərimiz də bunun üstə olur. Deyirəm, sən edirsən, uşaq da sənə baxıb təkrarlayır. İndi tamam başqa mövzular var. Çünki Osman Şəhriyar nə etsə, onu təkrar edir. Mən də ona görə deyirəm ki, məsuliyyət daha çox sənin üzərinə düşür. Sən öz həyatını elə qurmalısan ki, uşaq da sənə baxıb ibrət götürsün. Evdə hər ikimizin də söz keçir. Mən alovam, Şəhriyar su. Zatən Şəhriyar həmişə su olub. Mən əsəbləşəndə sakitləşdirib. İndi çalışıram ki, mən də su olum. Təbii ki, biz Osmana görə, elə su olmalıyıq. Ümumiyyətlə, xarakter baxımından Şəhriyar çox sakit insandır. Mən isə özümdən tez çıxıram, tələsirəm, səbirsizəm. Mütləq şəkildə evdə biri mənfi, biri müsbət olmalıdır. Bizdə mənfi mənəm, müsbət Şəhriyar. Hərdən deyirəm, Şəhriyar, sənə yazığım gəlir(gülür)”.