Olay
Olay

“Mənə “pis türk” deyirdilər”

“Mənə “pis türk” deyirdilər”

Türk müğənni Hadise verdiyi açıqlama ilə gündəmə gəlib.

OLAY yazır ki, festivalların birində səhnə alan sənətçi qürbətçilərin yaşadığı sıxıntıları öz xatirələri ilə ifadə edib:

“Anamla atam 1970-ci illərdə Belçikaya köçüb. Bir türk qızı kimi Belçikada əlimdən gələni etmişəm. Valideynlərimi qürurlandırmışam, amma kobud davranışlara da məruz qalmışam. Mənə “pis türk” deyirdilər. Qürbətçi olmaq darıxmaq, bəzən yalnızlıq deməkdir. 2009-cu ildə Avroviziyada təmsilçi olmaq haqqı qazananda “Niyə ölkəmizi qürbətçi qızı təmsil edir?” deyə narazılıq etdilər. Qürbətçilərə “Özünüzü hara aid hiss edirsiniz?” deyə sual verəndə buna cavab vermək çox da asan olmur. Özümü özümə aid hiss edirəm. Çünki hər iki yerdə zorakılıqla üzləşmişəm. Hətta mənə hələ də “öz ölkənə qayıt” deyənlər olur”.

Oruc Ələsgərov