Bir neçə gündür Soçi şəhərində keçirilən “KiViN-2022” festivalında Azərbaycanı təmsil edən “Şuşa” komandasının adının “Buta” olaraq dəyişdirilməsi məsələsi müzakirə olunur.
Sosial şəbəkələrdə istifadəçilər komandanın rəhbəri Müşviq Abbasovu tənqid edir, bu hadisənin yolverilməz olduğunu düşünürlər.
Bəs Mədəniyyət Nazirliyinin məsələyə münasibəti necədir?
Nazirliyin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə OLAY-a mövzu haqda bunları söyləyib:
“Mədəniyyət nazirliyinə bu məsələ ilə bağlı heç bir müraciət daxil olmayıb. Sözügedən klubun nazirliklə heç bir əlaqəsi yoxdur”.