Müğənni İradə İbrahimova koronavirusa (COVID-19) yoluxub.
OLAY yazır ki, bu barədə o, instaqram hesabında məlumat yayıb.
“Virusun gəldiyi kimi gedəcəyini bilirəm. Yaradan yaratdığı kimi, yox da edəcək. Hələki vəzifə başında olduğunu da, bizləri tərbiyə etdiyini, öyrətməyə çalışdığını da bilirəm. Duam, hər nə öyrətməyə gəlibsə, başa düşərik, öyrənərik. Can aldığı, nəfəssiz qoyduğu vaxtlarda belə mənə dəyib-dolaşmadı. Bunun üçün məndə çox əmək verdim.
Yanıma yaxınlaşmamağı üçün çox səy göstərdim, amma olmadı. Ölümdən qorxduğum üçün deyil, əlbəttə. Mən həmişə ölməkdən yox, öldürməkdən, pis bir işə səbəb olmaqdan, insanların yaşam sevinclərini əllərindən almaqdan qorxmuşam. Günlərdir evin ən “pozitiv”i olaraq sevdiklərimdən uzaq,otağıma bağlı şəkildə “neqativ”ə dönəcəyim günləri sayıram”.