Olay
Olay

“15 yaşıma qədər bir şəklim də yoxdur”

“15 yaşıma qədər bir şəklim də yoxdur”

Xalq artisti Röya Ayxan həyatı ilə bağlı səmimi açıqlamalar verib.

OLAY yazır ki, estrada ulduzu bu barədə “Elgizlə izlə” verilişində qonaq olarkən danışıb. Pop kraliça deyib ki, uşaqlıq illərinə aid bir şəkli belə yoxdur:

“Redaktorunuz dedi ki, uşaqlıq şəklimi göndərim. Dedim ki, mənim uşaqlıq şəklim yoxdur. Atam-anam ömür boyu boşanmalar, davalar... Ağıllarına gəlməyib ki, bu uşaqların şəklini çəkək, böyüyəndə kiməsə göstərsinlər. Bir şəklim yoxdur ki, oğluma göstərim. Deyim, birinci sinifdə, belə olmuşam, 10 yaşımda belə olmuşam. Bir şəkil var. Anamgil 10 bacıdır, onun üstündə dava edirlər. Biri deyir, mənim uşağımdır, o biri deyir, mənim.

Mən də inanıram ki, bu, mənim xalam qızıdır. Onlarda elə sevgi olub ki, ömür boyu bir-birilərini qırıblar. Bizi unudublar. Ona görə də Hüseynə deyirəm ki, sən 9-cu sinifsən, vinetka üçün şəkil çəkdirəcəksən. İndi uşaqdır, anlamır. Böyüyəndə lazım olacaq. Biləsiniz ki, mən Röyanın 42 yaşı var. Amma şəkillərim 15 yaşımdan sonra çəkilib. Xalamgilin məhəllələrində çəkilib, həyətdə qara bir qız... Ona qədər mənim üçün bir şəkil də çəkməyiblər ki, onu göstərim. Altı aylıq olanda bir şəklim olmalıdır. O da dava ediblər, cırıq-cırıq olub. Bilmirəm, haradadır. Sizin redaktora da dedim ki, keyfimi korlamaq istəmirəm. Əslində korlanmaz, çünki 50 il qabaq olub. Mən o qədər rahatam ki... Çünki bütün həyatımı istəyərək yaşamışam. Birini  sevmişəmsə, ayrılanda da onu insanlarla birgə yaşamışam. Allah məni yaradanda deyib ki, sənə bu taleyi yazıram, get, xoşbəxt ol. Bütün ailən də səninlə birlikdə xoşbəxt yaşasın. Dünyanın ən xoşbəxt qadınıyam. Çünki həyatımda siz varsınız. Adamın bu qədər qohumu olarmı? Bütün Azərbaycan mənim qohumumdur”.