Olay
Olay

“Haqqıma girin, hesabım məhşərə qalsın”

“Haqqıma girin, hesabım məhşərə qalsın”

Tanınmış müğənni Damla “Fatehin divanı” verilişində qonaq olarkən söyləndiyi fikirlərin təhrif olunmasına, xəbər başlıqlarına “Sizdən biri deyiləm, artıq ulduzam” sözlərinin çıxarılmasına münasibət bildirib.

OLAY yazır ki, ifaçı İnstaqram storidə “Müsahibəni dinləmədən, görmədən, paylaşılan xəbərin altını oxumadan haqqımda fikir bildirənlər, haqqıma girin, hesabım məhşərə qalsın. Bir az vicdan, çox yox, bir az” sözlərini yazıb.

Qeyd edək ki, sənətçi verilişdə “Mən sahib olduqlarımla insanları qıcıqlandırmadım. Baxın, bahalı maşınım var, çəkib göstərmədim. Sağ olsunlar, öz əziyyətimiz və insanların dəstəyi ilə baş verdi. Demədim ki, baxın, artıq sizdən deyiləm, yüksəklərdəyəm, artıq ulduzam. Bunu etmədim” sözlərini işlətmişdi.