“Bir neçə gün öncə qonaq olduğum proqramda mənə ünvanlanan suala verdiyim cavabı dırnaqarası jurnalistlər təhrif edərək bu haqda yazıb, paylaşımlar edirlər. Heç bir istinad göstərmədən, sual-cavabın videosunu paylaşmadan sadəcə foto və yazı istifadə edərək, insanların beynində yanlış fikir formalaşdırmağa çalışırlar”
OLAY yazır ki, bu sözləri müğənni Günay İbrahimli instaqram səhifəsində yazıb. O, qonaq olduğu proqramda “Musiqimizin sütununu mən qoruyuram” açıqlamasının təhrif olunduğunu qeyd edib:
“Əfsuslar olsun ki, bir çox şəxslər də buna inanıb, aqresiv reaksiya verirlər. Azərbaycan musiqisinin sütunları olan bir neçə şəxsin adını ehtiram və hörmətlə çəkdim və gənc nəslin nümayəndəsi olacaq bu sütunu qoruyan sənətçilərdən biri olduğumu dilə gətirdim. Təəssüf ki, fikirlərimi təhrif edirlər, cavabımın məzmununu pozub, fikrimi birmənalı çatdırmağa çalışırlar və sərt reaksiya gəlməsinə səbəb yaradırlar. Nəzərinizə çatdırım ki, bu proqram tamamilə əyləncə, yumoristik xarakterli bir şoudur. Tam versiyanı izləsəniz, beyninizdə cavabsız qalan suallara cavab tapacaqsınız. Buyurun, həmin bölümü izləyin və çirkin niyyətli şəxslərin yalan PR işlərinə inanmayın”.