Olay
Olay

Teymur Rəcəbov ikinci dəfə evləndi

Teymur Rəcəbov ikinci dəfə evləndi

Azərbaycanlı məşhur şahmatçı Teymur Rəcəbov ikinci dəfə evlənib.

OLAY yazır ki, qrossmeyster Rusiyanın Xalq artisti Lyudmila Maksakovanın nəvəsi Anna Maksakova ilə rəsmi nikaha daxil olub.

Qeyd edək ki, Rəcəbovun ilk evliliyindən bir qızı var. Teymurun Anna ilə münasibəti isə ötən ilin noyabr ayında məlum olub. Maksakovanın paylaşımından sonra onların nişanlanması ilə bağlı yayılan xəbərləri şahmatçı da təsdiqləyib.