Misirdə 39 yaşlı televiziya aparıcısı Sara Xəlifə narkotik vasitələrin saxlanması və hazırlanması ittihamı ilə ölüm cəzasına məhkum edilib.
OLAY yazır ki, Qəhirə Cinayət Məhkəməsi Xəlifə və daha 11 təqsirləndirilən şəxsi ölüm cəzasına məhkum edib, həmçinin hər birinə 9,8 min dollar məbləğində cərimə təyin edib. İstintaqın versiyasına görə, onlar narkotik vasitələrin hazırlanmasında istifadə olunan maddələrin idxalı üzrə ixtisaslaşmış mütəşəkkil cinayətkar qrup yaradıblar. Bundan əlavə, onların lisenziyasız odlu silah saxladıqları iddia olunur.