Olay
Olay

“Ömrün Xanım Fəsli”ndə olanlar...

“Ömrün Xanım Fəsli”ndə olanlar...

İyunun 4-də Heydər Əliyev Sarayında şair-bəstəkar Xanım İsmayılqızının “Ömrün Xanım Fəsli” adlı yaradıcılıq gecəsi keçirilib.

OLAY yazır ki, konsertdə Xalq artistləri Röya Ayxan, Mələkxanım Eyubova, Faiq Ağayev, Nazpəri Dostəliyeva, Əməkdar artistlər Lalə Məmmədova, Rəşad İlyasov, Mətanət İsgəndərli, Fərqanə Qasımova, Abbas Bağırov, müğənnilər Çinarə Məlikzadə, Dilarə Kazımova, Elnur Hüseynov və başqaları  Xanım İsmayılqızının bəstələrini ifa edib.

Rejissorluğunu Nail Naiboğlunun etdiyi gecədə Leyla Quliyeva aparıcı olub. 

Bundan başqa, tədbirdə şeir qiraətinə də yer verilib. Aktyorlar Kamran Ağabalayev, Kamal Yaşar və aparıcı L. Quliyeva şeirlər səsləndirib. 

X. İsmayılqızı ön sırada Xalq şairi Ramiz Rövşənlə birgə tədbiri izləyib.

Fotolar: Soltan İbrahimov