“Ailə və övlad böyük məsuliyyətdir. Ailə qurmağa hazır deyiləm. Əvvəl çox istəyirdim ki, 2-3 qız övladım, böyük bir ailəm olsun. Sosial şəbəkələrdə görürəm ki, uşaq dünyaya gətirib sonra atırlar, öldürürlər. Onları qəti qınamıram. Çünki hər kəs həyatını özü bilər. Qınama ki, özün də nə vaxtsa qınaq obyektinə çevrilə bilərsən”.
OLAY yazır ki, bu sözləri məşhur stilist Anar Ağakişiyev “Üzə-düz” proqramına qonaq olarkən deyib.
O, pandemiyadan əvvəl ailə qurmaq barədə düşündüyünü bildirib:
“Özüm özümə sual verirəm ki, gör həyat bunu nə dərəcəyə gətirir ki, insan öz parçasını küçəyə atır. Bəlkə də, pandemiya düşməsəydi, mən indi ata olmuşdum. Bunu ilk dəfə sizə deyirəm. Baş verənlər 2019-cu ildə qaldı. Həyatımda yeni bir mərhələ başlayacaqdı.
Belə məsləhət idi, yəqin belə olmalı imiş. Övladlığa uşaq götürmək barədə düşünmürəm, çünki genlərə çox inanıram. Rəsmi nikah bir müddət olmasa da, bu normaldır. Amma övladın doğum haqqında şəhadətnaməsində onun ata, anasının adı yazılmalıdır. Cəmiyyətə faydalı övlad verəcəyəmsə, ata olacam.
Yoxsa bir işarə olsun deyə ata olum, ata bilməsin ki, övlad harda yatır, yeyir, yox! Bunu qəti istəmərəm. Mən belə şeylərdə çox qəddaram. Anam mənə cəmi bir dəfə demişdi ki, səni nə zamansa haram yeyən görsəm, əllərini qapının arasına qoyub, qapını bərk bağlayacam”.