Olay
Olay

Orxandan Məmmədyarova cavab!

Orxandan Məmmədyarova cavab!

Reper Orxan Zeynallı qrosmeyster Şəhriyar Məmmədyarovun müzakirəli fikirlərinə münasibət bildirib.

OLAY yazır ki, bununla bağlı sənətçi feysbukda status yazıb. O bildirib ki, qadınlarla kişilərin haqları eyni olmalıdır:

“Müasir dövrün ən böyük müharibəsi kişilərlə qadınlar arasında gedir. Düşünürəm ki, baş vermiş heç bir müharibə bəşəriyyətə bu qədər ziyan vurmayıb. Bu savaş media, televiziya, şou biznes və s. vasitəsilə mütəmadi alovlandırılır və evlərimizin içində partlayır. İstənilən cəmiyyətin ən əsas fundamenti olan ailə məfhumunun da bir nömrəli düşmənidir. Tarix boyu heç vaxt kişilər qadınlarsız, qadınlar da kişilərsiz yaşaya bilməyib. Hər ikisinin də xoşbəxtlik və azadlıq haqqı eyni olmalıdır. Əslində bu qədər sadədir, amma siz dalaşmağa davam edin, mən gedim yeməyimi yeyim”.

Qeyd edək ki, Ş. Məmmədyarov  “Persona” verilişində qadınların kişilərdən çox sahədə zəif olduğunu bildirib.