Olay
Olay

Emin bu azərbaycanlı müğənniləri dinləyir

Emin bu azərbaycanlı müğənniləri dinləyir

Xalq artisti Emin Ağalarov dinlədiyi 3 azərbaycanlı müğənninin adını açıqlayıb.

OLAY yazır ki, bu barədə sənətçi “Persona” verilişində danışıb. Aparıcı Nicat Xəlilov “Azərbaycanlı müğənnilərdən daha çox kim xoşunuza gəlir” sualını ünvanlayıb. Emin isə Xalq artistləri Eyyub Yaqubov, Röya Ayxan və Faiq Ağayevin adını çəkib: 

“Mən “daha çox” deməyi xoşlamıram. Eyyub Yaqubovun da yaradıcılığına hörmət edirəm. Röyanın da, Faiq Ağayevin də. Çoxlu gənc ulduzlar var. Biz “Azərbaycan” mahnısını yazanda ora bir çox müğənnini dəvət etmişdik.  Müxtəlif janrların ifaçıları idi. Bu mahnını birlikdə oxuduq. Bizdə istedadlı müğənnilər çoxdur. Çoxları azərbaycanlı olsalar da, ölkədən kənarda məşhurlaşıblar. Coni, Hammali, Navai, Bahh Tee, Rauf və Faik... Məncə, bu əladır”.