“Yuxu kimi” serialına daha iki tanınmış sima daxil olub.
OLAY-ın məlumatına görə, ekran işinin üçüncü mövsümündə Əməkdar artist Dilarə Əliyeva və Bakı Bələdiyyə Teatrının aktyoru Tural Əhməd də çəkiləcək.
D.Əliyevanın yer aldığı anons yayımlansa da, T.Əhməd gələcək bölümlərdə təqdim ediləcək.
Qeyd edək ki, aktrisa uzun müddətdir dram seriallarında və filmlərində oynamırdı, T.Əhməd isə ən son “Gecə yarısı” serialında çəkilib.