Olay
Olay

Aytənin maşını aşdı

Aytənin maşını aşdı

Bu gün Bakının Xətai rayonu ərazisində ağır yol qəzası baş verib.

OLAY yazır ki, 8 Noyabr prospektində tanınmış aparıcı Aytən Səfərovanın idarə etdiyi “Hyundai” markalı avtomobillə digər minik avtomobili toqquşub.

Nəticədə A.Səfərovanın idarə etdiyi avtomobil aşıb. Onun ağır xəsarətlər aldığı bildirilir.

A.Səfərovanın həyat yoldaşı saytımıza bildirib ki, aparıcı xəstəxananın travmatologiya şöbəsinə çatdırılıb və hazırda müayinə olunur.