Xalq artisti Tünzalə Ağayeva müğənni Roza Zərgərli ilə bağlı danışıb.

OLAY yazır ki, Ağayeva “Zarafat bir yana” verilişində izləyicilərdən birinin “Niyə Roza Zərgərli qlobala düşdü, siz yox” sualını cavablandırıb:

“Heç nə deyə bilmirəm. Çünki artistin taleyində hansı mahnı onu haralara aparacaq, bunu tuta bilmirik. Bir gündəm dalğası var, bu, necə tutulur? Biz gündəmi çox fikirləşsək, onda ən ucuz, fərqli, haqlı-haqsız, savadlı-savadsız hər şeyin dalınca qaçmalıyıq. Gündəm tutmaq üçün musiqi yazmamışam, musiqi məni gündəmə götürüb. Siz qlobalı nəylə götürürsüz? Mən Vaşinqtonda Kennedi Hall-da, dünyanın ən mötəbər səhnələrində Azərbaycan musiqisini təmsil etmişəm. Özümü istər Rozadan, istərsə də, digər artistdən fərqli hiss etmirəm”.

Ağayeva Rozanın “İstəmirəm” mahnısından da söz açıb:

“Mən dinləmişəm. Amma zövqümdə deyil”.