Türkiyənin “Star” televiziyasında yayımlanan “Yalı çapkını” serialı dünya ölkələrinin bir çoxunda sevilərək izlənir.
OLAY yazır ki, Rusiyada da yayımlanan ekran işini izləyən balaca uşağın göz yaşlarını saxlaya bilməməsi sosial mediada gündəm olub. Onun videosunu anası instaqram hesabında izləyiciləriylə bölüşüb.
Qeyd edək ki, sözügedən layihədə baş rolları Afra Saraçoğlu və Mert Ramazan Demir canlandırır.