“Yalı çapkını” serialının ulduzları Mert Ramazan Demir və Afra Saraçoğlu ilə bağlı yeni iddia irəli sürülüb.
OLAY yazır ki, bu barədə yazar Onur Akay məlumat yayıb. O bildirib ki, Mert Afraya evlilik təklifi edib:
“Afra Mert Yazıcoğlu ile birlikdə olduğu vaxtda partnyoruna aşiq oldu. Bu da qarşılıqdır, elə-belə eşq deyil. Onların sevgisinə şeir yazılar. İnana bilməzsiniz. O dövrdə Mert Yazıcoğluna da tərəf müqabilinə aşiq olduğunu deyir. Bir hoteldə Mert Ramazan Demir evlilik təklifi edib. Onlar çəkilişlə bağlı bir yerə gediblər. Çox yaxın dostlarının dediyi bəzi şeylər var. Bir-birilərini çox sevirlər. Evlənməsələr, daha böyük problemlər ola bilər. Afranın qəbul edib-etmədiyini bilmirəm. Bu qədər böyük eşqə yox deyə bilməz. Nə vaxt bu məsələni tam açıqlayarlar bilmirəm. Lakin onlar evlənəcək. Afra Saraçoğlu, Demir olaraq sosial şəbəkədə soyadını dəyişəcək”.