Olay
Olay

Hazal Kaya Azərbaycana gəlir

Hazal Kaya Azərbaycana gəlir

Türkiyənin məşhur aktrisası Hazal Kaya Azərbaycana gəlir. 

OLAY yazır ki, bu barədə “ParkCinema” məlumat yayıb.  Qeyd olunub ki, yanvarın 21-də “Flame Towers”də Kayanın iştirakı ilə “Benden Ne Olur?” filminin Bakıda premyerası olacaq. 

H. Kaya ilə birgə filmə baxmaq istəyənlər 35 manat ödəməli olacaqlar. 

Qeyd edək ki, bu filmdə Kaya ilə yanaşı Onur Tuna, Nur Fettahoğlu və digər aktyorlar da çəkilib.