Olay
Olay

Azərbaycanlı bloger Türkiyədə ev aldı

Azərbaycanlı bloger Türkiyədə ev aldı

İnfluenser Arzu Ja (Arzu Məmmədova) Türkiyədə ev alıb.

OLAY yazır ki, bu barədə bloger sosial media hesabında məlumat verib. O, həyat yoldaşı ilə fotosunu paylaşaraq bunları yazıb:

“2 gəncin uğur hekayəsi yoxsa təşəkkür postu. Elə hər ikisi. Bizim hər uğurumuzda sizin də rolunuz var: isti münasibətiniz, diqqətiniz, sevginiz üçün hər birinizə təşəkkür edib, sevincimizi sizinlə də bölmək istəyirəm. Allah arzusunda olan hər kəsə istədiyi evin sahibi olmaq üçün ən başda halal ruzi və güc versin. Başqasının uğuruna sevinməyi bacaran qəlb ən gözəlinə layiqdir”.

Qeyd edək ki, instaqramda 700 mindən çox izləyicisi olan Arzu Nicat adlı bəylə evlidir. Onların iki qız övladı var.