Olay
Olay

12 nəfər öldürüldü, Röyanın konserti təxirə düşdü

12 nəfər öldürüldü, Röyanın konserti təxirə düşdü

Xalq artisti Röya Ayxanın Moskvada “Vegas City Hall”dakı konserti təxirə salınıb.

OLAY yazır ki, buna “Crocus City Hall”un konsert zalında baş verən silahlı insident səbəb olub. Baş verən silahlı basqın nəticəsində 12 nəfər qətlə yetirilib.

Konsert barədə tezliklə ictimaiyyətə məlumat veriləcək. Hazırda “Vegas Hall”da insanlar təxliyyə edilir.