Olay
Olay

“Bizi qorxutdu” - Aysel oğlundan danışdı

“Bizi qorxutdu” - Aysel oğlundan danışdı

Aparıcı İlkin Həsəninin xanımı, influenser Aysel Həsəni övladları Rain və Alisanın səhhətindən danışıb. 

Bu barədə o OLAY-ın kamerası qarşısına keçərək açıqlamalar verib. Aysel deyib ki, onların sağlamlıqları öz qaydasına düşüb:

“Yaxşıdı. Qorxutdu bizi. Uşaqların arasında yaranan virus idi. İkisinin də səhhəti yaxşıdır. Qızım 4 həftədir məktəbə getmir. Yenə də ciddi  bir şey deyil”.

A. Həsəni həmçinin həyat yoldaşı ilə birgə yayımladığı videodan da söz açıb:

“Davamı ola bilər. Çox soruşurlar. Yəqin ki, nəsə edəcəyik. Sırf səhifəmi bu yöndə işlətməyəcəyəm. Çünki mənim səhifəm özümə aiddir. Gündəlik həyatımı bölüşürəm. Onun üçün deyirəm ki, mən bloger deyiləm, inlfuenserəm. Gündəlik həyat tərzimi, makiyajımı, baxımımı və geyimlərimi paylaşıram. Belə davam edəcəyəm. Normalda da saçım qısadır. Sadəcə bu dəfə daha çox qısaltdıq. Öz rənginə qaytardıq”. 

Qeyd edək ki, bir müddət öncə cütlüyün övladı Rainin səhhətində problem yaranmış, o, xəstəxanada müalicə olunmuşdu.