Olay
Olay

Qayınatası üçün canlı efirdə üzərlik yandırdı

Qayınatası üçün canlı efirdə üzərlik yandırdı

Əməkdar artist Elnarə Abdullayevanın “Zaurla Günaydın” proqramında qonaq olarkən atdığı addım müzakirələrə səbəb olub.

OLAY yazır ki, məşhur xanəndə verilişə birgə qatıldığı qaynana və qaynatası üçün canlı efirdə üzərlik yandırıb. 

Həmin anlar ATV kanalında təqdim olunub.  Sözügedən görüntülər sosial şəbəkələrdə paylaşılıb, proqram heyəti və qonaq tənqid olunub.  

Sözügedən kadrları təqdim edirik: