Müğənni Nadir Qafarzadə Əməkdar artist Elza Seyidcahanın “Qadının borcudur ki, ərinin xəyanətini bağışlasın” açıqlamasına münasibət bildirib.
OLAY yazır ki, N. Qafarzadə “show_news” instaqram hesabına rəy yazaraq Azərbaycanda əksər bəylərin xanımlarına xəyanət etdiyini vurğulayıb:
“Əgər xəyanət üstündə boşanmalar olsa, onda gərək Azərbaycanda 80-90 faiz ailələr dağılsın. Xəyanət hər dövrdə olub. Dünən olub, bu gün var, sabah da olacaq. Biz istəsək və istəməsək də... Yazılmamış qanun”.