Əməkdar artist Manana Caparidze evliliyinin 14 illiyini sosial şəbəkədə video paylaşaraq qeyd edib.
OLAY yazır ki, görüntülərdə gürcü əsilli Azərbaycan müğənnisi instaqramda həyat yoldaşı Georgi Qabelave, qızı Elizabet və oğlu David yer alıb.
Manana qeyd edib ki, 14 ildir sevgiləri yaşayır:
“Bizim əvəzolunmaz sevgimizin artıq 14 illi tamam oldu. Hər gün Allahıma, bu hədiyyəni, saf sevgini, ailəmi və ümumiyyətlə, hər şeyi mənə bəxş etdiyinə görə, şükür edirəm. Biz öz sevgimizi göz bəbəyi kimi qoruyuruq. Əziz dostlar, sizə sevinc və sevgi dolu, xöşbəxt həyat arzu edirəm”.