Olay
Olay

“Səma ilə görüş”dülər... - Qaladan görüntülər

“Səma ilə görüş”dülər... - Qaladan görüntülər

Ötən gün Nizami Kino Mərkəzində “Səma ilə görüş” filminin təqdimatı baş tutub.

OLAY yazır ki, Orxan Mərdanın baş prodüserliyi, Rüfət Şahbazovun rejissorluğu ilə ərsəyə gələn ekran işinin aktyorları – Əməkdar artist Rafael İsgəndərov, İlkin Həsəni, Taleh Yüzbəyov, Əlibəy Məmmədli, Kəmalə Piriyeva və Turanə Hüseynli tədbirdə yer alıb. 

Bundan başqa bir çox məşhur simanın və sosial media ulduzunun iştirak etdiyi gecədə səınətçilərin yaxınları da onları tək qoymayıb. 

Əməkdar artist Rafael İsgəndərov ekran işindən və uzun illərdir tərəf müqabili olan Coşqun Rəhimovsuz başqa layihədə rol almasından söz açıb:

“Filmdə Coşqunla ayrıyıq, səhnədə yenə də bir yerdəyik. Necə olduğunu tamaşaçı izləyib deyəcək. Özüm haqqında nə deyim? Ümumilikdə hər şey gözəldir, yaxşı alınıb. Yenə də tamaşaçının ixtiyarına buraxırıq. Gözəl aktyor heyəti var, ssenari də yaxşıdır, çəkilişlər də yüksək səviyyədə olub, zövq alacaqlar. Tamaşaçılar bu janrda filmdən istədiklərini ala biləcəklər”. 

Taleh Yüzbəyov isə həyəcanlı olduğunu qeyd edib:

“Çox maraqlı səhnələr çəkilib. Mən burada sırf aktyoram. Məsuliyyətim azdır. Yenə də tər basıb, bu gün 3 dənə dərman içmişəm. Məncə, maraqlı film alınıb. İnşallah  əziyyətlərə dəyər. Dənizin içində suda getmək, motosiklet sürmək, maşın yarışı... Hamısında iştirak etmişik, bir kosmosa uçurtmayıblar. İstəyirəm ki, bəyənsinlər. Ən əsası emosiyalar verəcək. Qarışıq hisslər keçirəcəklər. Yarı kefsiz, yarı xoş əhvalla çıxacaqlar. Daha fərqli janrları yoxlayaram. Fiziki imkanlarım icazə vermir. Daha oturaq rollar qəbul edərəm. Lakin bundan sonrakı layihəmiz daha çətindir. İstəyərəm oturum danışım”.

Fotolar/video: Soltan İbrahimov