Olay
Olay

Dördü də bənzər libas geyindi

Dördü də bənzər libas geyindi

Zaman-zaman istər şou-biznesin məşhur xanımlarının, istərsə də sosial şəbəkə ulduzlarının bənzər geyimləri diqqət çəkib.

Onlar xırda nüansları ilə fərqlənən geyimləri ilə gündəm olurlar. Bu dəfə dörd populyar sima – Xalq artisti Tünzalə Ağayeva, aparıcı Vüsalə Əlizadə və influenserlər Aynişan Quliyeva, Həmidə Hacıyeva (Hemistyle) bənzər libasları ilə danışılıb. 

OLAY yazır ki, qırmızı, beli uzun parça ilə bağlanan libası əvvəlcə Həmidə Yeni il çəkilişində geyinib. Onun libası digərlərinə nisbətən tünd qırmızı rəngdə və boğaz hissəsi bağlı olub. 

Daha sonra Vüsalə həmin geyimin daha açıq qırmızı rəngli və qısa ətəkli olan modelində kamera qarşısına keçib. Həmidədən fərqli olaraq Vüsalə libasın uzun hissəsini yandan bağlamağı seçib.

Ağayeva isə həmin paltarın uzun modelini bir neçə gün öncə kombinasiya edib. O, saçlarını düz, sadə edərək, libası aksesuarları ilə tamamlayıb. 

Son olaraq Aynişan geyimin boğaz hissəsi nisbətən açıq modelini gümüşü, gözə çarpan sırğaları ilə kombinasiya edib.