Olay
Olay

Blogerlərimiz Hindistanda

Blogerlərimiz Hindistanda

İnfluenserlər Şəms Allahverdiyeva (shamsall_) və Aygün Mastiyeva (amasti_one) Hindistana yollanıb.

OLAY yazır ki, blogerlər səyahətdən görüntüləri sosial media hesablarında paylaşıblar.

Onlar Hindistan səyahəti zamanı bir neçə trendə də qoşulublar. Azərbaycanda başlayıb Hindistanda davam edən videolar sosial mediada maraqla qarşılanıb. 

Rəfiqələr dünyanın məşhur abidələrindən olan Tac Mahala da baş çəkiblər. Abidəni 2-ci dəfə gördüyünü qeyd edən Aygün doğum gününü də Hindistanda keçirib. Əlində “Bu gün mənim doğum günümdür” yazılı kağızla gəzən influenserə yaxınlaşıb şəkil çəkdirənlər olub.