Olay
Olay

“Hamlet”in premyerası oldu!

“Hamlet”in premyerası oldu!

Azərbaycanın ilk inklüziv teatrı olan “ƏSA” Teatrında böyük dramaturq Uilyam Şekspirin məşhur “Hamlet” faciəsinin premyerası baş tutub.

OLAY yazır ki, dünya dramaturgiyasının ən təsirli tragediyalarından sayılan “Hamlet” tamaşası həqiqi kədərdən bir qəzəbə çevrilmiş həyatı, dəlilik və dahilik arasındakı incə xətti, insan münasibətlərini, xəyanəti və mənəviyyatı sərgiləyib.

Tamaşda “Hamlet”i Elşən Əskərov, “Klavdin”i Əməkdar artist İlqar Cahangir, “Poloni”ni Əməkdar artist Qasım Nağı, “Qertruda”nı Könül Şahbazova, “Laerti”ni Elsevər Rəhimov, “Horatsio” Amin Əskərov, “Ofeliya”nı Səmayə Qulamzadə, “Müşavir” Bəhram Rəhimli, l məzarçını Orxan Əliyev, ll məzarçını Gülnar Əlfidatlı canlandırıb.

Tamaşa zamanı İlqar Cahangir və Elşən Əskərovun performansı rəğbət görüb. Həmçinin, Elşənin Elsevər Rəhimovla olan döyüş səhnəsi peşəkarlıq baxımından xüsusi diqqət çəkib.

Tamaşa alqışlarla qarşılanıb və izləyənlər tərəfindən çox bəyənilib.