Aparıcı Alidə Mustafayevanın ailə qurduğu şəxsin kimliyi bəlli olub.
OLAY axşam.az-a istinadən yazır ki, aparıcı Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucova ərə gedib.
Bir neçə gün əvvəl onların nikah mərasimi baş tutub. Toy Bakıdakı restoranlardan birində keçiriləcək.
Qeyd edək ki, Seymur Orucov İqtisad Universitetinin sabiq rektoru və keçmiş deputat Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyeva ilə ailəli olub. Onlar bir müddət əvvəl rəsmi şəkildə boşanıblar.