Olay
Olay

Xalq artisti xəstəxanaya yerləşdirildi

Xalq artisti xəstəxanaya yerləşdirildi

Xalq artisti, kamança ustası Şəfiqə Eyvazova yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

OLAY yazır ki, bu barədə APA-ya Xalq artisti özü məlumat verib.

O, bir həftə əvvəl Mərkəzi Gömrük Hospitalına yerləşdirildiyini bildirib:

“Hazırda burada müalicə alıram. Həkimlər səhhətimin yaxşılaşmağa doğru dəyişdiyini deyir. Sağ olsunlar, əllərindən gələn köməkliyi göstərməyə çalışırlar”, - Xalq artisti vurğulayıb.

Qeyd edək ki, Xalq artistinin həyat yoldaşı, kamança ifaçısı Arif Əsədullayev də koronavirusa yoluxub. O, hazırda ev şəraitində müalicə alır.