Azərbaycanlı influenserlər “Survivor”un çempionu, türk fenomen Cemal Can Cansevenlə bir araya gəliblər.
OLAY yazır ki, Türkiyənin məşhur şirkəti “Hypers”lə əməkdaşlığa başlayan blogerlərimiz İstanbulda lüks məkanlardan birində baş tutan partiyə qatılıb.
Onların sırasında Aynur Xəlilova (by_aynur__), Həmidə Hacıyeva (hemistyle), Nərmin Kazımzadə, Leyla Hüseynova (Leila_land), İqo Hüseynov, Pərviz Hüseyn (Pagvis), Nüşabə Qandil (Nooshka), Ləman Aslan (lamanaslan), Roza Qafarovanın (hisrosie), Aytac Hacıyeva (hadjievaaytach) və Cəmil Quluzadə (jamilguluzada) də olub.
Onlar şirkətin rəhbəri Tolga Akışın da yer aldığı gecədən görüntüləri sosial şəbəkə hesablarında paylaşıblar. Bundan əlavə partidə fenomen və aktyor Ali Biçim də iştirak edib.