Olay
Olay

“Kartına atacam” – Qalada maraqlı anlar

“Kartına atacam” – Qalada maraqlı anlar

Rejissor Şahin Qəhrəmanın yeni filmi “21-ci möcüzə”nin təqtimatı olub.

OLAY yazır ki, ötən gün “Park cinema”da baş tutan tədbirdə ekran işinin aktyor heyəti ilə yanaşı bir çox məşhur da yer alıb. Baş rollar qırmızı xalıda pozalar verərkən qonaqlar diqqət çəkən tərzləri ilə təqdimata təşrif buyurub.

Ekran işində əsas obrazlardan birini canlandıran Kəmalə Piriyeva çəkiliş prosesindən danışıb:

“Bir aya yaxın çəkilişimiz davam etdi. Bu müddətdə kadrarxasında nə baş verirdisə, çalışırdım paylaşım. Xüsusilə də suya tullananda ilan görməyim maraqlı hadisədir. Tamaşaçıların hamısından məlumatı var. Biz nəticəni gözləyirik, özümüz də ilk dəfə baxıb izləyəcəyik. Ən maraqlı obraz Nicat Mehdinindir. Tamaşaçılara maraqlıdır. Çünki ilk dəfə doun sendromlu bir gənci aktyor kimi izləyəcəklər. Doğrudan da istedadlıdır. Fikirləşirdim ki, çəkiliş uzun çəkəcək, bizi yoracaq. Amma yox. Çox rahat öhdəsindən gəldi. Bir az Şahini yordu. Bizi yox”.

Söhbət zamanı Piriyevanın tərəf müqabili İbrahim Çingiz yaxınlaşır:

“Kəmalə xanımla işləmək çox çətin idi (gülür). Hər şey yaxşı idi. Onunla çalışmaq super idi. Özü məni məcbur etdi ki, bunları deyim (gülür)”.

Bundan sonra aktrisa açıqlamasına davam edir:

“Yaxşı. Kartına atacam, yaxşı? (İ. Çingizə müraciət edərək – oxu). İbrahimlə çalışmaq çox rahat idi. Elə gördüyünüz kimi. Belə. Çəkiliş prosesi maraqlı oldu. Amma nəticə çox vaxt gözlədiyin kimi olmur. Görək, bizi hansı sürpriz gözləyir. Ard-arda filmlərin çəkilişi yaxşıdır ki, getdikcə səhvlər düzəlir. Belə etdikcə inkişaf olacaq. Hamı dayanıb gözləsə ki, birdən-birə yaxşı film çəkiləcək, təbii ki, təcrübə qazanılmalıdır. Biz də fədaiyik. Bəlkə bizim 40-50 yaşımızda yaxşı filmlər olacaq. Onda nənə-baba rolunu oyanayarıq”.

Digər baş rol İ. Çingiz də filmlə bağlı fikirlərini bölüşüb:

“Çox pozitivdir. Fərqli filmdir. Məncə, buna uyğun filmlərimiz olmayıb. Həm komediya var, həm dram, həm də sosial mesaj, çox şey deməyim, izləsinlər. Qalmaqallı heç nə deməyəcəm. Baxmayaraq ki, belə şeyləri xoşlayıram. Sevinirəm ki, kinoteatrlarda filmlərimizin sayı artır. Bu həqiqətən yaxşıdır. İnsanları keyfiyyətli və keyfiyyətsizi başa düşür. Obrazla bağlı nəsə desəm, işi satmaq olacaq. Gəlib, baxsınlar. Çəkiliş prosesi də maraqlı keçdi. May ayında dənizə düşmək bilirsiniz də nədir? Nicat da bizi bir az yordu. Amma pozitiv idi”.

Fotolar/video: Soltan İbrahimov