Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı ilə 2026-cı il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib. Qərara əsasən, Azərbaycanda 2026-cı ildə qeyri-iş günləri, bayram və istirahət günləri müəyyən olunub.
OLAY yazır ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin “2026-cı il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2025-ci il 2 dekabr tarixli, 362 nömrəli Qərarına əsasən, 2026-cı ildə aşağıdakı günlər iş günü hesab edilmir.
Azərbaycanda 2026-cı ilin rəsmi qeyri-iş günləri
1, 2 yanvar – Yeni il bayramı
20 Yanvar – Ümumxalq Hüzn Günü
8 Mart – Beynəlxalq Qadınlar Günü
20, 21, 22, 23, 24 mart – Novruz bayramı
20, 21 mart – Ramazan bayramı
9 May – Faşizm üzərində Qələbə günü
27, 28 may – Qurban bayramı
28 May – Müstəqillik Günü
15 İyun – Milli Qurtuluş Günü
26 İyun – Silahlı Qüvvələr Günü
8 Noyabr – Zəfər Günü
9 Noyabr – Dövlət Bayrağı Günü
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü
2026-cı ildə əlavə istirahət günləri
Nazirlər Kabinetinin qərarına əsasən:
Beşgünlük iş həftəsində:
9, 25, 26, 27 və 30 mart, 11, 29 may, 10 noyabr tarixləri istirahət günləridir.
Altıgünlük iş həftəsində:
25, 26 mart, 29 may və 10 noyabr istirahət günü hesab edilir.
2026-cı il üzrə iş günlərinin sayı
2026-cı il 365 təqvim günündən ibarətdir
Fevral ayı 28 gündür
Beşgünlük iş həftəsində:
241 iş günü
107 istirahət günü
19 rəsmi bayram günü
1 Ümumxalq Hüzn Günü
Azərbaycanda 2026-cı il üçün iş vaxtı norması
Azərbaycanda gündəlik normal iş vaxtı 8 saatdan, həftəlik normal iş vaxtı isə 40 saatdan artıq ola bilməz.
Qanunvericiliyə uyğun olaraq:
2026-cı ildə illik iş vaxtı norması – 1922 saat
Bayramqabağı və Ümumxalq Hüzn Günü ərəfəsində iş vaxtı 1 saat qısaldılır
Altıgünlük iş həftəsi olan müəssisələrdə də 1922 saatlıq illik norma tətbiq edilir