Tanınmış xəbər aparıcısı Lalə Azərtaş türkiyəli həmkarı Fulya Öztürkü İstanbulda ziyarət edib.
OLAY yazır ki, Lalə Fulyanın iş yerində baş tutan görüşdən görüntüləri instaqramda paylaşıb. O “Fulya ilə umudun olsun” proqramının bugünkü buraxılışında yer alacaq:
“İstanbulda olduğumu bildi, “proqramıma gəl” dedi. Nəhayət bu gün vaxt edib gəldim. Elə qarşıladı ki, Türkiyəyə hər gələndə, onu ziyarət edəcəm”.
Qeyd edək ki, Fulyanın verilişi Fox TV-də ekrana gəlir.