Olay
Olay

“Ürəyimin ən böyük yarasını dondurdum” – Vüsalə qardaşından yazdı

“Ürəyimin ən böyük yarasını dondurdum” – Vüsalə qardaşından yazdı

“Keçən il bayram etmədim,qızıma da başa saldım ki, bizə görə canından keçən igidlərimizin ailəsi, balası gözüyaşlıdır, onlara görə edə bilmərik, onların xatirəsinə hörmət etmək borcumuzdur, acıları acımızdır! O ailələrə pay hazırladıq, o körpələri sevindirdik, ağıllı balam o qədər xoşbəxt oldu ki…”.

OLAY yazır ki, bu sözləri aparıcı Vüsalə Əlizadə sosial media hesabında yazıb. O, 2021-ci ilin yayında avtomobil qəzasında itirdiyi qardaşının oğlu və qızı Diləyin yer aldığı fotonu paylaşıb:

“Bu il Allahım belə məsləhət bilib, elə bir acı yaşatdı ki, mənim də canını, həyatını vətənə qurban verən igidim həyatımın rəngini soldurdu. Bayramlarım sıradan gün oldu, həyatım adı nəfəs döyüntüsünə döndü… Kimsə yaşamayacaq bu acını? Təbii ki yaşayacaq! Kimsə ölümsüz əbədidir? Əsla! Heç bir bəni-adəmin dəyişə bilməyəcəyi həyat oyunu…

Amma durmadan gedən həyatla ayaqlaşıb, dərdimiz, qubarımız bir ömür ürəyimizdə davam edirik, məcburuq dik durmağa, məcburuq gülümsəməyə, nə baş verdiyini hələ də bilməyən balalarımıza görə...

Ürəyimin ən böyük yarasını dondurdum, bu günahsızlar üçün, təki sizin üzünüz gülsün, xoşbəxt böyüyün. Sizə canım qurban”, - deyə, Vüsalə bildirib.

Qeyd edək ki, 1989-cu il təvəllüdlü Əlihüseyn Əlizadə Dövlət Sərhəd Xidmətinin zabiti olub. O bu ilin avqustunda qəzaya düşərək vəfat edib.