“Ailə quranda mənim evim də yox idi. Hələ karyeramın ilk 10 illiyi idi. Mənim üçün nə olacağı qaranlıq idi”.
OLAY yazır ki, bu sözləri “Bizimləsən” proqramında aparıcı Zaur Baxşəliyev deyib. O, evləndikdən sonra 5-6 il aldığı mənzilin pulunu ödədiyini söyləyib:
“Evə köçdük, sonra qəpik-qəpik yığıb ödədim. Allah Aydın Heydərova (YAP Nəsimi rayon təşkilatının yaradıcılarından biri – red.) rəhmət etsin, Elza Seyidcahana can sağlığı versin. Məni onun qapısına aparıb, ev sahibi edən insanlardan biri Elza xanımdır. Birlikdə Aydın Heydərovun evinə getdik. Elza xanım söylədi ki, sənə heyran, səni yaxşı bir adamla tanış edəcəm. Orda da dedi ki, Aydın müəllim, bunun 3-5 manat pulu var, evlənəcək evi yoxdur, ona bir mənzil verin. O da dedi ki, qurbandır. Mənə çox güzəşt etdi”.