Olay
Olay

Mehindən cəsarətli şəkillər

Mehindən cəsarətli şəkillər

Müğənni Mehin Hümbətova cəsarətli fotoları ilə diqqət çəkib. 

OLAY yazır ki, gənc sənətçi bu dəfə Türkiyədə kamera qarşısına keçib. Mehin üç obrazda türk fotoqraf Alper Denizə pozalar verib.  

Bu məqamda bildirək ki, A.Deniz Türkiyənin ən populyar simaları ilə əməkdaşlıq edir. Daha çox dəri libasların ön planda olduğu Mehinin imici üzərində Sıla Ceren Özyurt çalışıb. 

Qeyd edək ki, Hümbətova bir neçə gün sonra “Sus” adlı klipini ictimaiyyətə təqdim edəcək. Layihənin meneceri Vüqar Husiyevdir.