Musiqi
Musiqi

Mehindən “Oxu tar” ...

Mehindən “Oxu tar” ...

Gənc artist Mehin Hümbətova fərqli obrazda kamera qarşısına keçib.

OLAY yazır ki, söz və musiqisi Rafael Şabanova aid “Oxu tar” adlı bəstənin ekranlaşdırılması  Lənkəranda reallaşıb. Mahnının sözlərinə uyğun olaraq drammatik ab-hava yaradılıb, həmçinin Mehinin moda sahəsinə olan marağı klipində də biruzə verilib. Hümbətova staylinqini özü edib və fashion obrazlarda görünüb. Özünü buruq saçdan başqa sevə bilməyən Mehin tamaşaçıların qarşısına fərqli obrazda çıxmaq istəyib. Meneceri Vuqar Husiyevin təklifi ilə fərqli saç modellərində kamera qarşısına keçən Hümbətova obrazının seviləcəyini düşünür.

V. Husiyevin prodüserlik etdiyi layihənin rejissoru da Royal Safarovdur (Eresmoon).

Layihə bütün musiqi platformalarında dinləyicilərə təqdim edilib.

Fotolar: Royal Safarov