Olay
Olay

Zülfiyyə küləyə görə AzTV səhnəsindən imtina etdi

Zülfiyyə küləyə görə AzTV səhnəsindən imtina etdi

Azərbaycan Televiziyası bu il Yeni il çəkilişini Xəzər dənizin ortasında, gəmilərin birində həyata keçirib. Bir çox Xalq artisti, Əməkdar artistin yer aldığı çəkilişə Xalq artisti Zülfiyyə Xanbabayeva da dəvət edilib.

OLAY-ın əldə etdiyi məlumata görə, sənətçi məkana gəlsə də, proqrama çəkilməkdən imtina edib. Xanbabayeva buna soyuq və küləkli hava şəraitini səbəb gətirib.

Qeyd edək ki, “Gəmi – 2022” adlanan Yeni il proqramında Xalq artisti Faiq Ağayev, Əməkdar artistlər Aygün Bəylər, Lalə Məmmədova və başqaları iştirak edib.