Tanınmış treyner Fərid Eyyubovun adından dələduzluq edilib.
OLAY yazır ki, bu barədə o, instaqramda paylaşım edib.
İzləyicilərindən biri məşqçiylə instaqramda əlaqə saxlayaraq bildirib ki, onun fotosu ilə insanlar aldadılır. Hətta bir nəfərin də pulu mənimsənilib.
Hadisədən xəbərdar olandan sonra F. Eyyubov bu barədə hüquq mühafizə orqanlarına müraciət etdiyini bildirib:
“Belə hesablara inanmayın. Bunun “trenir” yazmağından nə olduğu bilinir. İnşallah polislə birgə həll edəcəyik”.
Qeyd edək ki, treyner bundan öncəki paylaşımlarında da analoji halın təkrarlandığını bildirmişdi.