Olay
Olay

Aygün Bəylərin bacısından Aynişana etiraz

Aygün Bəylərin bacısından Aynişana etiraz

Mərhum Əməkdar artist Aygün Bəylərin ailəsi influenser Aynişan Quliyevanın (Aynikhalid) sənətçinin qızı Canana üçün yardım çağırışına etiraz edib.

OLAY yazır ki, bu barədə bloger özü instaqramd aməlumat yayıb. Aynişan deyib ki, A. Bəylərin bacısı anası Aybəniz Haşmıovaya zəng edib:

“Bir izləyicim Aygün xanımın qızı üçün bank hesabı açıb büdcə yığmağı təklif etmişdi. Bunu etmək istədim. Düşünmüşdüm ki, bir hesab açarıq, o hesaba 18 yaşına qədər pul yığarıq, ancaq 18 yaşı olanda onu açar. Təəssüf ki, banklar dedi ki, belə bir qanun yoxdur. Sadəcə, valideynin və ya himayəsində olduğu şəxsin icazəsi ilə bu hesab açıla, onlar bu pulu idarə edə bilər. Bu da açığı, məni bir az narahat etdi. Mən istəmirdim 18 yaşına kimi kimsə o pula toxunsun. 

Aygün xanımın bacısı mənim anama zəng vurub. Ümumiyyətlə, bilmirdim ki, xalası var, yaxşı ki, ailəsi var imiş. Ailəsi deyib ki, bundan sonra 60 il də yaşaması üçün Cananın büdcəsi var. Təki elə olsun! Ümid edirəm ki, o uşaq çox yaxşı şəkildə böyüyəcək. Burdan ona demək istəyirəm ki, həmişə bil ki, mən varam, nə zaman sənin nəyəsə ehtiyacın olsa, bil ki, mənə bir kəlmə yazmağın kifayətdir, həmişə sənin yanında olacağam”.