Olay
Olay

Zülfiyyə Xanbabayevaya özəl hədiyyə!

Zülfiyyə Xanbabayevaya özəl hədiyyə!

Xalq artisti Zülfiyyə Xanbabayeva iş xanımı Ruhi Əliyevanın sahibi olduğu “Emerald” butikin xüsusi qonağı olub. 

OLAY yazır ki, R. Əliyeva bir araya gələn Xanbabayeva üçün özəl hədiyyələr hazırlanıb. 

Belə ki, iş xanımının xüsusi dizaynı ilə populyar müğənniyə adının baş hərfini əks etdirən brilliant sırğa təqdim olunub. 

Sevilən sənətçi ona göstərilən zərif jestə görə minnətdərlığını bildirib. 

İndiyə qədər bütün reklam təkliflərinə “yox” deyən Z. Xanbabayeva R. Əliyevaya olan rəğbətindən butikə təşrif buyurub, çəkilişlərində iştirak edib.