Olay
Olay

Yeni il gecəsi Dianadan ilhamlanın!

Yeni il gecəsi Dianadan ilhamlanın!

İllər keçdikcə keçmişə qibtə edir, bəzən də o dövrlərdən bəhrələnirik. Xüsusilə də son illər ötən əsrin dəbdə olan aksesuarlarından, saç düzümlərindən istifadə edilir, retro stilində libaslar geyinilir.

Elə Yeni il gecəsi üçün də keçmişdən ilhamlanmaq mümkündür. Məsələn, özünəməxsus stili ilə hələ də danışılan mərhum Uels şahzadəsi Dianadan ilhamlana bilərsiniz.

OLAY Leydi Diananın stilindən bir neçə nümunəni təqdim edir.

Əvvəlcə uzun müddətdir istifadə etməyi unutduğunuz parıltıdan və zərlərdən danışaq. Bunları Diananın stilində daim görmək mümkün idi. O parıltını tək rəng üzərində istifadə edir, beləliklə, şıq görünüşə sahib olurdu. Həm də parıltıdan yalnız Yeni İl gecəsi deyil, hər zaman istifadə edə bilərsiniz.

Bundan başqa, klassik naxışları da yaddan çıxarmayın. Diananın böyük zərifliklə istifadə etdiyi naxışlar sizin üçün həm də xilasedici ola bilər.

Başdan ayağa ipək, məxmər və yun geyimlərin kombinasiyası ilə əsl “Last Christmas” ab-havasında ola bilərsiniz. Amma Diana kimi aksesuarların parıltılı olmasına və rənglərin canlılığına diqqət edin.